FİFA bu gün 2016-cı ilin ən yaxşılarının adlarını açıqlayıb.
Newsport.az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə 7 mükafatın sahibi bəlli olub.
“FİFA Fan mükafatı”nın qalibi müəyyənləşib. Mükafatın sahibi “Borussiya” (Dortmund) və “Liverpul” azarkeşləri elan olunublar.
“FİFA ən yaxşı kişi məşqçisi” nominasiyasında qalib Klaudio Ranyeri (“Lester”) olub.
Digər nominasiyalar isə aşağıdakı kimdii:
“FİFA ən yaxşı kişi futbolçusu” - Kriştianu Ronaldo (Portuqaliya, “Real”)
“FİFA ən yaxşı qadın futbolçusu” - Çarli LIod (Hyuston)
“FİFA Puşkaş mükafatı” - Mohd Faiz Subri (“Penanq”)
“FİFA Feyr-Pley mükafatı” - "Atletiko Nasyonal"
"FİFA ən yaxşı qadın məşqçisi” - Silviya Neyd (Almaniya)