Kamran Ağayev oynadı, komandası qələbə qazandı

Portuqaliya çempionatında 16-cı turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, millimizin futbolçuları - Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" öz meydanında "Setubal"la qarşılaşıb.

Görüş həmyerlilərimizin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu oyunda Kamran əsas heyətdə meydana çıxıb, Emin isə forma şansı qazanmayıb.

Bu qələbədən sonra “Boavişta” turnir cədvəlində 9-cu pilləyə yüksəlib.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right