"Real" "Barselona"nın rekordunun bir addımlığında

"Real" İspaniya kubokunun 1/8 final mərhələsinin ilk qarşılaşmasında "Sevilya"nı  (3:0) məğlubiyyətə uğradıb.

Newsport.az-ın məlumatına görə, bu qələbədən sonra Madrid klubu məğlubiyyətsiz oyunlar seriyasını 38-ə çatdırıb (29 qələbə ,  9 heç-heçə). Bu nəticə ilə "kral klubu" İspaniya futbolu tarixində "Barselona"nın rekorduna yaxındır. Belə ki, 2015/16 mövsümündə katalonlar 39 ardıcıl oyunda məğlub olmamışdılar.

Sonuncu dəfə "Real" ötən ilin aprelində, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşündə "Volfsburq"a (0:2) məğlub olub.

Yanvarın 7-də "Real" İspaniya çempionatında "Qranada"nı qəbul edəcək. Həmin gün madridlilər qələbə qazanacağı təqdirdə "Barselona"nın rekordunu təkrarlaya bilərlər.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right