Arsen Venger: "Bir həftə idi ki, onu görmürdüm"

"Arsenal"ın türk əsilli yarımmüdafiəçisi Məsut Özül xəstəliyi səbəbilə artıq bir həftədir ki, yataqdadır.

Newsport.az-ın məlumatına görə, dünən "Borunmut"la matçdan (3:3) sonra komandanın baş məşqçisi Arsen Venger almaniyalı futbolçunun durumu barədə də danışıb:

"Mən bir həftə idi ki, onu görmürdüm. Heyəti onsuz qurmaqda çətinlik çəkmədim. Bilirdim ki, Məsut oynaya bilməyəcək, hələ yataqda uzanır. Düşünürəm ki, o, növbəti oyunda da iştirak edə bilməyəcək".

Qeyd edək ki, "Arsenal" növbəti oyununu şənbə günü FA kubokunda "Preston"a qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right