"Şapekoense"nin həlak olan futbolçularının nömrələri əbədiləşdirildi

Təyyarə qəzasında heyətinin əksəriyyətini itirən Braziliyanın “Şapekoense” klubunun rəhbərliyi həlak olan futbolçuların nömrələrini əbədiləşdirib.

Newsport.az-ın məlumatına görə, komandanın 2017-ci il mövsümünə hazırlığıyla bağlı təşkil edilən mətbuat konfransında danışan klubun prezidenti Plinio David de Nes qəzada həlak olan futbolçuların nömrələrinin heç kimə verilməyəcəyini açıqlayıb.

Xatırladaq ki, noyabrın 29-da içində “Şapekoense” klubunun üzvlərinin də olduğu təyyarə Kolumbiyanın Medelin şəhərinin yaxınlığında dağlıq bölgədə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 77 sərnişindən 71-i dünyasını dəyişib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right