Ronaldo və Ramos "Sevilya"ya qarşı oynamayacaq

"Real" İspaniya kubokunun 1/8 finalında "Sevilya" ilə ilk oyuna ciddi itki ilə çıxacaq.

Newsport.az-ın məlumatına görə, Zidan müdafiəçisi Serxio Ramosun köməyindən yararlana bilməyəcək. Buna səbəb futbolçunun zədələnməsidir. Bundan əlavə, sözügedən matçda Kriştiano Ronaldo da iştirak etməyəcək. Komandanın baş məşqçisi Zinəddin Zidan dekabrın 27-dən ulduz futbolçuya istirahət verib.

Qeyd edək ki, "Real" - "Sevilya" görüşü yanvarın 4-ü keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right