Prandelli istefasından danışdı

Çezare Prandelli “Valensiya”dan istefaya göndərilməsi haqda danışıb.

Newsport.az-ın məlumatına görə, dekabrın 30-da istefaya gedən italyan mütəxəssis klub rəhbərliyini itiham edib. O, rəhbərliyin verdiyi vədi yerinə yetirmədiyini bildirib:

“Valensiya”nın sahibi Piter Lim mənə bildirmişdi ki, qış transfer dönəmində 4 futbolçu alınacaq. Ancaq dekabrın 29-da plan dəyişdi. Ya Simone Zaza, ya da bir müdafiəçi təklif etdilər. Dörd futbolçu əvəzinə yalnız birini ala biləcəklərini dedilər. Mən Zazanı dekabrın 27-də sərəncamımda görmək istəyirdim. Ancaq məzuniyyətdən qayıdanda onu görmədim”.

59 yaşlı mütəxəssis “Valensiya”da cəmisi 3 ay işlədikdən sonra istefaya göndərilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right