"Traktor Sazi" İran kubokunun finalına yüksəldi

Futbol üzrə İran kubokunda yarımfinal qarşılaşmaları keçirilib.

Newsport.az-ın məlumatına görə, Cənubi Azərbaycanın "Traktor Sazi" klubu səfərdə "Zob Ahan"ın qonağı olub. 

Görüşün əsas vaxtı 1 - 1 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda Təbriz təmsilçisi 2 dəfə fərqlənməyi bacarıb. Meydan sahibləri buna yalnız 1 qolla cavab verə biliblər. Beləliklə, 3 - 2 hesablı qələbə qazanan "Traktor Sazi" İran kubokunun finalına yüksəlib.

“Traktor Sazi” finalda “Neft Tehran”la üz-üzə gələcək. Oyun mayın 23-də keçiriləcək.

"Zob Ahan" - "Traktor Sazi" 2:3

QOLLAR: Salar Paladin, 44. Cerri Benqtson, 120+1-pen - Fərzad Hatəmi, 90. Məhəmməd İbrahimi, 93. Məhəmməd Nuri, 120+2.

Qırmızı vərəqələr: Morteza Təbrizi, 70 - Karrar Jassim, 112

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right