Neymar bu klubda oynamaq istəyir

Braziliya millisinin və "Barselona"nın futbolçusu Neymar gələcəkdə oynamaq istədiyi klubun adını açıqlayıb. 

Newsport.az-ın məlumatına görə, 24 yaşlı futbolçu ölkəsində oynamaq istədiyini deyib: "Gələcəkdə "Flamenqo"nun uğurları üçün çalışmaq istərdim. Bu, mənim üçün şərəf olardı. "Marakana" stadionunda meydana çıxmaq hər bir braziliyalı futbolçunun arzusudur".

Qeyd edək ki, Neymar 2013-cü ildə Braziliyanın "Santos" klubundan "Barselona"ya transfer olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right