"Neftçi"dən qovulan futbolçu Braziliya klubunda

"Neftçi"dən mövsümün gedişində ayrılan Denilson Pereyra yenə icarəyə verilib.

Newsport.az-ın məlumatına görə, forvardın müqavilə ilə məxsus olduğu "Qranada" klubu onu Braziliya A Seriyasına yollayıb. 21 yaşlı futbolçu mövsümün sonuna qədər "Avai" klubunda çıxış edəcək.

Qeyd edək ki, Pereyra "Neftçi"də 1 qol vurmuşdu. Noyabr ayında isə onun müqaviləsi qarşılıqlı razılşama ilə pozulmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right