"Qəbələ"nin sabiq baş məşqçisi İraq klubunda

"Qəbələ"nin sabiq baş məşqçisi Dorinel Muntyanunun yeni klubu məlum olub.

 

Newsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis İraqın "Zaxo" klubuna baş məşqçi təyin olunub. Muntyanu yeni komandasıyla 6 ay + 1 illik müqavilə imzalayıb. Onun 6 ay ərzində qazancı 100 min dollar olacaq.

 

Xatırladaq ki, rumıniyalı çalışdırıcı 2014-cü ilin iyununda "Qəbələ"yə baş məşqçi təyin edilmişdi. O, 5 aydan sonra vəzifəsindən uzaqlaşdırlmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right