Sabiq "Arsenal"lı Çempionşip klubuna lazım olmadı

Mərakeş millisinin üzvü Maruan Şamax mövsümün əvvəlində qoşulduğu İngiltərə Çempionşip təmsilçisi “Kardiff”dən ayrılıb.

 

Newsport.az xəbər verir ki, bu barədə Uels klubu məlumat yayıb. Məlumatda Maruan Şamax və Kiran Riçardsonla yollarını ayırdıqları açıqlanıb.

 

32 yaşlı oyunçu mövsümün əvvəlində qoşulduğu “Kardiff”də 2 oyunda cəmi 46 dəqiqə şans qazanıb. Mərakeşli hücumçu karyerası ərzində “Arsenal”, “Bordo”, “Kristal Pelas” və “Vest Hem” kimi klublarda top qovub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right