2014-cü ildə peşəkar futbolçu karyerasını başa vuraraq Argentina çempionatında çıxış edən “Estudiantes”in prezidenti olan Xuan Sebastian Veron yenidən futbola dönüb.
Newsport.az-ın məlumatına görə, Veron özünün prezidenti olduğu “Estudiantes”lə 1,5 illik anlaşma imzalayıb. 41 yaşlı yarımmüdafiəçi müxtəlif illərdə 13 il bu klubun şərəfini qoruyub.
Ötən mövsümdə Argentina çempionatında ikinci yeri tutan “qırmızı-ağlar” Libertadores kubokunda mübarizə aparacaq.
