“Sportinq”in B komandasında çıxış edən millimizin futbolçusu Budaq Nəsirov komanda Milad bayramı münasibəti ilə azarkeşləri və komanda yoldaşlarını təbrik edib.
Newsport.az-ın məlumatına görə, videonu klubun rəsmi “twiter” və “facebook” səhifələri yayımlayıb.
Videoda Budaq və komanda yoldaşı kolumbiyalı Leonardo Ruis yer alıb. Ruisə azərbaycanca “Milad bayramınız mübarək!” sözünü öyrədən Nəsirov daha sonra özü bu ifadəni ispan dilində - “Feliz Navidad!” səsləndirib.