Newsport.az-ın məlumatına görə, millimizin üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" hesabat turunu səfərdə keçirəcək. Portu təmsilçisi "Nasional"ın qonağı olacaq.
Artıq az sonra başlayacaq matçın start heyəti də bəlli olub. Millimizin hər iki üzvü oyuna start "11-lik"də başlayacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma 21:00-da start götürəcək və "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.