Futbolçuları təyyarə qəzasında ölən "Şapekoense" klubu heyətini yenidən formalaşdırmağa başlayıb.
Newsport.az-ın məlumatına görə, Braziliya təmsilçisi "Kruzeyro"dan Duqlas Qrolli ilə anlaşıb.
Razılığa əsasən, "sambaçı" növbəti 1 il ərzində yetirməsi olduğu klubda çıxış edəcək.
Bundan başqa "Palmeyras"da çıxış edən Joao Pedro ilə də böyük ölçüdə razılıq əldə olunub. 20 yaşlı müdafiəçi də "Şapekonse"yə icarəyə veriləcək.