"Bavariya" "Leyptsiq"ə yerini göstərdi

Almaniya Bundesliqasında 16-cı tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, turun mərkəzi oyunu isə bu gün keçirilib. Turnir cədvəlinə başçılıq edən “Bavariya” və “Leyptsiq” Münhendə münasibətlərinə aydınlıq gətiriblər. Karlo Ançelottinin komandası cari mövsümün sürprizi sayılan "Leyptsiq"ə heç bir şans verməyib - 3:0.

“Bavariya” 39 xalla turnir cədvəlinə başçılıq edir. Münhenlilərdən 3 xal geri qalan “Leyptsiq” 2-cidir.

Bu turdan sonra Bundesliqa qış fasiləsinə yollanıb. 


Bavariya - Leyptsiq 3:0
Qollar:
 Alkantara, 17. Xabi Alonso, 25. Levandovski, 45-pen.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right