"AFFA-nın təklifini rədd etdim, çünki mən rusam" - ÇSKA-nın sabiq futbolçusu

Bolqarıstanın “Slaviya” klubunun hücumçusu Serder Serderov Azərbaycan millisində çıxış etmək təklif edilib.

Newsport.az-ın məlumatına görə, Sofiya klubunun forvardı AFFA-dan ona edilən bu təklifi rədd etdiyini bildirib:

"Mənə Azərbaycan pasportunu alaraq, vətəndaşlığını qəbul etmək, sonra da bu ölkənin milli komandasında çıxış etmək təklifi edilsə də, bunu qətiyyətlə rədd etdim. Mən rusam, bu mənim üçün prinsipial məsələdi.

Qeyd edək ki, 22 yaşlı futbolçu karyerası boyunca ÇSKA, "Anji" kimi klublarda top qovub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right