"Real"ın futbolçusu: "Təkliflər var və düşünməliyəm"

Kolumbiya millisinin üzvü Xames Rodriqes "Real"dan ayrıla bilər.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı futbolçu klublararası dünya çempionatının “Kaşima Antlers”ə qarşı oyundan (4:2) sonra jurnalistlərə açıqlamasında komandadakı gələcək taleyi barədə qərar vermədiyini deyib: 

"Real"da qalıb-qalmayacağımla bağlı yekun qərar verməmişəm. Təkliflər var və düşünməliyəm. Madriddə xoşbəxtəm, ancaq daha çox oynamaq niyyətindəyəm. "Kaşima Antlers"ə qarşı oynamamaq mənim üçün çox pis oldu.  Amma kuboku qazandığımız üçün özümü xoşbəxt hiss edirəm".

Qeyd edək ki, Xames Rodriqes “Real”a 2014-cü ildə, 75 milyon avro qarşılığında “Monako”dan transfer olunub. Yarımmüdafiəçinin xidmətində "Çelsi" maraqlıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right