Kamran Ağayevlə Emin Mahmudovun autsayder sınağı

Bu gün Portuqaliya Premyer Liqasında XIV turun növbəti oyunları keçiriləcək. 

Newsport.az-ın məlumatına görə, millimizin üzvləri Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" klubu da növbəti matçına çıxacaq. Portu təmsilçisi səfərdə autsayder "Tondela"nın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Ağayevin start heyətində, Mahmudovun isə ilk dəqiqələrdə ehtiyat oyunçular skamiyasında oturacağı gözlənilir.

Qeyd edək ki, "Boavişta" Premyer Liqada geridə qalan 13 turda 13 xal toplayıb və turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right