Nazarov 64 dəqiqə oynadı

Almaniya ikinci Bundesliqasında 17-ci tura start verilib. 

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun formasını geydiyi “Aue” öz meydanında “Düsseldorf”u qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb. 

Nazarov meydana start heyətində çıxıb. O, 27-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Yığmamızın üzvü 64-cü dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, ardıcıl ikinci dəfə heç-heçə edən “Aue” 13 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right