Bu gün Portuqaliya Sequndasında XIX tura start verilib.
Newsport.az-ın məlumatına görə, turun açılış matçı derbi ilə yadda qalıb.
Belə ki, “Benfika”nın B komandası doğma azarkeşləri önündə millimizin yarımmüdafiəçisi Budaq Nəsirovun formasını geyindiyi “Sportinq”in B komandasını qəbul edib.
Əzəli rəqiblərin qarılaşmasında bərabərlik qeydə alınıb. Matçda hesab açılmayıb.
Gənc futbolçumuz bu matçda da forma geyinmək hüququ qazanıb. Budaq matçın 73-cü dəqiqəsində rəqib futbolçu Kalaikanın sarı vərəqə almasına səbəb olub.
Qeyd edək ki, bu, Nəsirovun “Sportinq”in heyətində keçidiyi 11-ci oyun olub. Budaq bunadək keçirdiyi qarşılaşmalarda 1 qol vurmağı bacarıb.