"Ayaks" stadionuna Yohan Kroyffun adını verir

Hollandiyanın "Ayaks" klubu öz stadionunun adını dəyişəcək. 

 

Newsport.az xəbər verir ki, klub rəhbərliyi bu addımı Yohan Kroyffun şərəfinə atacağını açıqlayıb. 2017-ci ilin martında futbolçunun vəfatının ildönümü ilə əlaqədər stadiona əfsanəvi futbolçunun adı veriləcək. 


3 dəfə Avropanın ən yaxşı futbolçusu seçilmiş Kroyff bu ilin mart ayında 68 yaşında vəfat edib. Onun ölümünə səbəb xərçəng xəstəliyi olmuşdur. 

 

Yohan Kroyff karyerası ərzində  "Ayaks", "Barselona", "Feyenoord", "Levante"  kimi klublarda çıxış etmişdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right