Almaniya bundesliqası təmsilçisi "Auqsburq" baş məşqçisi Dirk Şusteri istefaya göndərib.
Newsport.az-ın məlumatına görə, onunla müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Komandanı müvəqqəti olaraq Manuel Baumun çalışdıracağı bildirilib. Qeyd edək ki, "Auqsburq" ölkə çempionatında 14 turdan sonra 14 xalla 13-cü pillədə qərarlaşıb.