Almaniyanın "Volfsburq" klubu heyətinə yeni futbolçu cəlb edib.
Newsport.az xəbər verir ki, Bundesliqa klubu Rişedli Bazuru transfer edib. Hollandiya millisinin yarımmüdafiəçisi ilə 4,5 illik müqavilə imzalanıb. 20 yaşlı yarımmüdafiəçi 2017-ci ilin yanvar ayında yeni komandasına qoşulacaq.
Qeyd edək ki, Bazur 2014-cü ildən "Ayaks"da çıxış edir.