Dördüncü dəfə dünyanın ən yaxşı futbolçusu seçilən KriŞtiano Ronaldo maraqlı açıqlama verib.
Newsport.az-ın məlumatına görə, o, "Barselona"nın futbolçusu Lionel Messi haqqında fikirlərini bildirb. Portuqaliyalı hücumçu Messinin böyük futbolçu olduğunu deyib:
"Messi ilə bir komandada oynasaydıq, mən ondan daha çox "Qızıl top" qazanardım, amma bununla belə, o, məndən çox uzaqda olmazdı (gülür). Hamı bilir ki, Lionel Messi böyük futbolçudu. Əbəs yerə o, 5 "Qızıl top" qazanmayıb".