Newsport.az-ın məlumatına görə, "Şapekoense"nin qapıçısı Marko Danilo Padilha ilin futbolçusu seçilib. 31 yaşlı qolkiper bir müddət öncə dünyasını dəyişdiyi üçün mükafatın ailəsinə veriləcəyi gözlənilir.
Qeyd edək ki, noyabrın 29-də "Şapekoense"ni Kolumbiyaya aparan təyyarə Medelyin şəhərində qəzaya uğramışdı. Qəza nəticəsində hava gəmisində olan 81 nəfərdən 77-si sünyasını dəyişmişdi ki, Danilonun da adı ölənlərin arasında idi.