Bu gün “Qızıl top” mükafatının qalibi bəlli olub.
Newsport.az-ın məlumatına görə, “France football” nəşrinin keçirdiyi müsabiqənin nəticəsi az öncə açıqlanıb.
Mükafatın qalibi müxtəlif ölkələri təmsil edən 173 jurnalistin səsverməsi nəticəsində bilinib. Səsvermənin nəticəsinə görə, sözügedən mükafatın sahibi "Real"ın ulduzu Kriştiano Ronaldo olub.
Qeyd edək ki, Ronaldo 4-cü dəfə bu mükafata sahib çıxıb.