"Qızıl top"un sahibi məlum olur: Ronaldo mükafatlandırılma mərasiminə qatılmayacaq

Portuqaliya millisinin və Madridin "Real" klubunun üzvü Kriştiano Ronaldo "France Football" jurnalının dünyanın ən yaxşı futbolçusu üçün verdiyi "Qızıl top"un mükafatlandırma mərasimində iştirak etməyəcək. 

 

Newsport.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. Buna səbəb kimi ulduz futbolçunun klublararası dünya çempionatında iştirak üçün Yaponiyaya getməsi göstərilir. Onun mərasimə canlı telekörpü vasitəsi ilə qatılacağı bildirilir.

 

Qeyd edək ki, "Qızıl top"un sahibinin adı bu gün Bakı vaxtı ilə saat 23:00-da açıqlanacaq. Mükafata əsas namizədlər Kriştiano Ronaldo (Portuqaliya, “Real”), Lionel Messi (Argentina, "Barselona) və Antuan Qrizmanndır (Fransa, "Atletiko").





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right