"Real" rekorda imza atdı

İspaniya La Liqasının 15-ci turunda doğma meydanda "DEportivo"nu 3:2 hesabı ilə məğlub edən "Real" klubu yeni rekordunu müəyyənləşdirib.

Newsport.az-ın məlumatına görə, komanda bütün turnirlər nəzərə alınmaqla, məğlubiyyətsiz oyunlar seriyasını 35-ə çatdırıb. Bu isə klub tarixində yeni rekorddur.

Qeyd edək ki, "Real" sonuncu dəfə bu ilin 6 aprelində, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında səfərdə "Volfsburq"a uduzun - 0:2.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right