Millimizin futbolçuları Kamran Ağayevlə Emin Mahmudovun formasını geyindiyi "Boavişta" klubu Portuqaliya Premyer Liqasında növbəti oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Portu təmsilçisi XIII tur çərçivəsində doğma azarkeşləri önündə "Gimaraynş"ı qəbul edib
Qarşılaşma qonaq komandanın qələbəsi ilə başa çatıb - 1:2. Sözügedən matçda millimizin hər iki futbolçusu şans qazanıb. Ağayev maçta start "11-lik"də çıxıbsa, Mahmudov 70-ci dəqiqədə Karassanın əvəzinə meydana daxil olub və sonadək oynayıb.