Newsport.az-ın məlumatına görə, millimizin üzvü Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası vacib matçlarından birinə çıxıb. Lissabon təmsilçisi doğma azarkeşləri önündə "Portu"nun B komandası ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 19:00-da başlayan matçda sevinən tərəf qonaqlar olub. Qarşılaşma portuluların qələbəsi ilə başa çatıb - 1:2.
Gənc futbolçumuz bu matça start "11-lik"də başlayıb və sona qədər mübarizə aparıb. Nəsirov 82-ci dəqiqədə rəqib futbolçu ilə mübarizədə qaydanı pozduğu üçün sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, bu, Budaqın "Sportinq"in heyətində keçirdiyi 10-cu oyun olub. Nəsirov geridə qalan 10 oyunda 1 qol vurub, 2 sarı vərəqə ilə cəzalanıb.