"Buna görə də gedirəm" - Aleksandr Səmədov

Əslən azərbaycanlı olan Aleksandr Səmədov "Lokomotiv"i Moskva "Spartak"ına dəyişir.

Newsport.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçinin özü də məsələyə münasibət bildirib.

"Lokomotiv"də iki kobok və bürünc medal qazanmışam. Burada keçirdiyin 8 il çox dəyərlidi. Mən "Spartak"ın yetirməsiyəm. Amma ora pul dalınca getmirəm. Bu, mənim təşəbbüsüm deyil. Mənim hələ də yaxşı şərtlərlə müqaviləm var. Mənə "Spartak"dan zəng ediləndə klubun mövqeyini öyrənməli idim. "Lokomotiv"in bu təklifə cavabı müsbət oldu. Buna görə də gedirəm" deyə, Rusiya millisinin üzvü bildirib.

Qeyd edək ki, Səmədov indiyədək Moskvanın eyniadlı klubu ilə yanaşı, "Dinamo" və "Spartak"da da çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right