Ziya Əzizov 90 dəqiqə oynadı, komandası 1 xal qazandı

Futbol üzrə Hollandiya birinci divizionunda 18-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Ziya Əzizovun çıxış etdiyi "Den Boş" doğma meydanda "Helmond Sport"la qarşılaşıb. Həmyerlimizin 90 dəqiqə meydanda olduğu matç 1 - 1 hesablı bərabərliklə başa çatıb.

Qeyd edək ki, aktivində 22 xal olan "Den Boş" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right