Ronaldo, Benzema və Modriç "Deportivo"ya qarşı oynamayacaq

"Real"ın baş məşqçisi Zinəddin Zİdan həftəsonu La Liqanın 15-ci turu çərçivəsində "Deportivo"yla matçda aparıcı futbolçularına istirahət verəcək.

Newsport.az-ın məlumatına görə, fransız çalışdırıcı Kristiano Ronaldo, Karim Benzema və Luka Modriçi "Deportivo" matçının heyətinə daxil etməyib. Buna səbəb Zidanın dekabrın sonunda Yaponiyada baş tutacaq Klublararası dünya çempionatını nəzərə almasıdı.

44 yaşlı mütəxəssisin "Deportivo" qarşısında ön xəttdə Alvaro Morata, Lukas Vaskes və Mariano Dias üçlüyünə şans verəcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right