Akinfeyev Çempionlar Liqasının tarixinə düşdü

ÇSKA-nın qolkiperi İqor Akinfeyev daha bir antiorekorda imza atıb.

 

Newsport.az xəbər verir ki, Moskva klubunun qolkiperi buna ÇL-nın qrup mərhələsi çərçivəsində keçirilən "Tottenhem"lə matçda (3:1) nail olub. Oyunda avtoqolla yadda qalan qapıçı bu durumla turnirdə 2-ci dəfə üzləşib. İlk avtoqolunu 2015-ci ildə "Volfsburq"la matçda edən Akinfeyev ÇL-nın tarixinə düşüb. İndiyənə qədər heç bir qapıçı turnirdə 2 dəfə avtoqol etməmişdi.

 

Onu da qeyd edək ki, Akinfeyev Çempionlar Liqasında ardıcıl 43 oyundur ki, qol buraxır və bu antirekord da lideerdir. O, sonuncu dəfə 2006-cı ildə "Arsenal"la oyunda qapısında qol görməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right