"Qarabağ" qrupdan necə çıxa bilər?

Avropa Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ” "Fiorentina"nı qəbul edəcək.
 
Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi "bənövşəyilər"ə qalib gəlsə, digər oyunun nəticəsindən asılı olmayaraq 1/16 final mərhələsinə yüksələcək.
 
"Qarabağ" heç-heçə nəticəsində də qrupdan çıxa bilər. Bunun üçün PAOK - "Slovan" oyunu ya bərabərliklə bitməli, ya da Liberets təmsilçisi qalib gəlməlidir.
 
PAOK-la "Qarabağ" son turda məğlub olsa, qrupdan "Fiorentina və "Slovan" növbəti mərhələyə yüksələcək.
 
1    “Fiorentina”     5    3    1    1    13-5    10
2    “Qarabağ”    5    2    1    2    6-10    7
3    PAOK    5    2    2    1    5-6    7
4    “Slovan”    5    1    1    3    7-10    4




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right