Tataruşanu: "Bizim üçün də, "Qarabağ" üçün də oyun çətin olacaq"

Avropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”ın qonağı olacaq “Fiorentina”nın qapıçısı Kiprian Tataruşanu oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.

 

Newsport.az xəbər verir ki, qapıçı oyunla bağlı bunları deyib:

 

- “Qarabağ” hansı cəhətinə görə “Fiorentina”ya təhlükə yarada bilər?
- Bizim qorxumuz yoxdur. Hər oyuna qalib gəlmək üçün çıxırıq. “Qarabağ” yaxşı komandadır. Bizim üçün də, “Qarabağ” üçün də oyun çətin olacaq.

 

- Hər oyuna qələbə üçün çxıdığını bildirdiz. Bəs, PAOK-la matça nə üçün çıxmışdız? 
- Təbii ki, PAOK-u da məğlub etmək istəyirdik. Çoxlu şanslarımız var idi, amma yararlana bilmədik. PAOK da güclü komandadır.

 

- Fiorentina hansı dövrünü yaşayır?
- Məncə, yaxşı dövr keçiririk. Avropa Liqasının qrupunda liderik. Yaxşı oyunlar keçiririk. 

 

- Bura gəlmək sizin planlarınızı nə dərəcədə pozdu? Yorğunluq, yol məsafsini nəzərdə tuturam…
- Heç nə itirmədik. Hər şey qaydasındadır.

 

- PAOK-u hər iki oyunda məğlub edən “Qarabağ”dan qorxmursuz?
- Futbolda belə müqayisəni etmək düzgün deyil. Ona qalsa, biz “Qarabağ”I 5:1 hesabı ilə darmadağın etmişik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right