Mirça Rednik daha əvvəl işlədiyi ölkəyə qayıtdı

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik özünə yeni iş yeri tapıb.

Newsport.az xəbər verir ki, təcrübəli çalışdırıcı yenidən Belçikada çalışacaq.

Rednik “Muskron” komandasının baş məşqçisi təyin olunub. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Dahha əvvəl Belçikada “Standart” və “Genk” kimi komandaları çalışdıran 54 yaşlı mütəxəssis “Muskron”la mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

Qeyd edək ki, rumıniyalı çalışdırıcı 2010/11-ci illərdə “Xəzər Lənkəran”ı çalışdırıb. O, cənub klubuna rəhbərlik etdiyi dönəmdə Azərbayan kubokunu və Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right