Milli komandalar "Şapekoense" üçün oynayacaq

Braziliya və Kolumbiya milliləri təyyarə qəzasında həlak olanların ailələrinə yardım üçün yoldaşlıq oyunu keçirəcəklər.

Newsport.az xəbər verir ki, bu barədə məlumatı Braziliya Futbol Federasiyası yayıb. Məlumatda oyunun yanvarın 22-də, Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçiriləcəyi qeyd edilib. Oyundan əldə ediləcək gəlir isə təyyarə qazasında həlak olan şəxslərin ailələrinə veriləcək.

Xatırladaq ki, noyabrın 29-da “Şapekoense” klubunun üzvlərini daşıyan təyyarə Kolumbiyanın Medelin şəhərinin yaxınlığında dağlıq bölgədə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 77 sərnişindən 71-i dünyasını dəyişib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right