"Maynts"ın baş məşqçisi: "Turniri qələbə ilə yekunlaşdırmaq istəyirik"

"Qəbələ" Avropa Liqasının qrup mərhələsinin VI turunda "Maynts"ın qonağı olacaq.

 

Newsport.az xəbər verir ki, "keçilər"in baş məşqçisi Martin Şmidt "Qəbələ" ilə oyunun xüsusi bir əhəmiyyət daşımadığını bildirib:

"Turniri qələbə ilə yekunlaşdırmaq istəyirik. Artıq bu oyunun heç bir əhəmiyyəti yoxdur. İlk dəfə çıxış etdiyimiz turnirdə yaxşı təcrübə qazandıq. Amma "Anderlext"ə 1:6 hesablı məğlubiyyət bizim üçün rüsvayçı nəticədir, bunu qəbul edirəm. "Qəbələ"yə qalib gələrək "Borussiya" Münhenqladbaxla matça yaxşı əhval ruhiyyədə hazırlaşmaq istəyirik".

 

Qeyd edək ki, "Maynts" - "Qəbələ" matçı 8 dekabr Bakı vaxtı ilə 22:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right