Budaq Nəsirov “Sportinq”in heyətində növbəti oyununa çıxır

Millimizin üzvü Budaq Nəsirovun formasını geyindiyi "Sportinq”in B komandası Portuqaliya Squndasında növbəti matçına çıxmağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, Lissabon təmsilçisi çempionatın XVII turunda səfərdə "Vitoria de Gimaraeş”in B komandasının qonağı olacaq. 
 
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 
 
Sözügedən oyununun start heyəti açıqlanmasa da, son oyunlarda özünü yaxşı tərəfdən göstərməyi bacaran Budaqın bu matçda da start heyətində yer alacağı gözlənilir.
 
Qeyd edək ki, Budaq Nəsirov "Sportinq”in heyətində keçirdiyi 8 oyunda 1 qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right