Məşhur klub çempionatdan çəkildi - Hakimə görə

Misirin "Zamalek” klubu ölkə çempionatında oynamaqdan imtina edib.

Newsport.az-ın məlumatına görə, buna ardıcıl hakim səhvləri səbəb olub. 
 
Bu barədə məlumatı "MasralArabia”ya açıqlamasında klubun prezidenti Murtaza Mansour verib.
 
"Mən komandamın belə çempionatda oynamasını istəmirəm. Hakimlər çempionatı "baltalayırlar”. Bu dəfə zarafat etmirəm. Ya çempionatda oynamayacağıq, ya da mən istefa verəcəm. Federasiyanın bütün təhdidlərinə dözməyə hazıram. Nə vaxt klubumuza hörmət edən federasiya gəlsə, o zaman çempionatda oynamağa davam edəcəyik”. 
 
Qeyd edək ki, "Zamalek” hazırda Premyer Liqada 6-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right