Samir Məsimov yenə oynamadı

Sloveniya çempionatında 20-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi "Domjale" səfərdə "Krsko" ilə qarşılaşıb. Matç 0:0 hesablı bərabərliklə başa çatıb.

Samirin adı əvvəlki 19 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, "Domjale" 20 turdan sonra 35 xalla 10 klub arasında 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right