Cənubi Amerika kuboku futbolçuları təyyarə qəzasında dünyasını dəyişən Braziliyanın "Şapekoense” klubuna veriləcək.
Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı Kolumbiya mətbuatına açıqlamasında klubun prezidenti İvan Tozzo verib. O, bildirib ki, Cənubi Amerika Futbol Konfederasiyası kuboku və 2 milyon dollarlıq mükafatı onlara verəcək. Onun sözlərinə görə, artıq konfederasiya bu qərarı qəbul edib.
Prezident kubokunun təqdimetmə mərasiminin təşkil olunub-olunmayacağının müəyyənləşmədiyini bilidirib.
Qeyd edək ki, sözügedən kubokun finalında "Atletiko Nasional” və "Şapekoense” klubları üz-üzə gəlməli idi. Braziliya təmsilçisi məhz həmin oyun üçün Kolumbiyaya gedərkən qəzaya uğramışdı. Qəza nəticəsində hava gəmisində olan 81 nəfərdən 76-sıdünyasını dəyişmişdi.