"El Klasiko"nun gəlirləri Braziliya klubuna gedəcək

Kolumbiya səfərində futbolçularının əksəriyyəti həlak olan "Şapeoense" futbol dünyasından dəstək almaqda davam edir.

"Real " və "Barselona" da bundan kənarda qalmayacaq.

Newsport.az xəbər verir ki, İspaniya nəhəgləri dekabrın 3-də baş tutacaq "El Klasiko"nun bütün gəlirlərini "Şapeoense"yə bağışlayacaq.

Qeyd edək ki, “Şapekoense” klubunun üzvlərini daşıyan təyyarənin Kolumbiyanın Medelin şəhərinin yaxınlığında qəzaya uğrayıb və hava gəmisində olan 81 nəfərdən 76-sı dünyasını dəyişib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right