Səmədov "Spartak"la müqavilə imzalamağa hazırlaşır

Rusiya millisinin üzvü Aleksandr Səmədov klubunu dəyişmək üzrədi.

 

Newsport.az xəbər verir ki, "Lokomotiv”in futbolçusu yaxın günlərdə Moskvanın digər təmsilçisi "Spartak”la müqavilə imzalayacaq. 
 
Bu barədə məlumatı "Sport-Express” yayıb. Mənbənin məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi "qırmızı-ağlar”la 2 illik müqavilə imzalayacaq.  "Spartak”ın futbolçu üçün "dəmiryolçular”a 5 milyon avro ödəyəcəyi gözlənilir.
 
Qeyd edək ki, Səmədov əslən Azərbaycandan olsa da, Rusiya millisinin uğurları üçün çalışır. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right