Braziliyada baş verən təyyarə qəzasından ölən futbolçular arasında “Xəzər Lənkəran”ın sabiq oyunçusu da var.
Newsport.az xəbər verir ki, bu 2014/2015-ci illərdə Lənkəran klubunda çıxış etmiş Uilyam Tyaqodur.
“Sambaçı” son olaraq “Şapokoense”də oynayıb. Məhz o da “Atletiko Nasional”la oyun üçün səfərə yollananlar arasında olub.
30 yaşlı müdafiəçi "Xəzər Lənkəran"da 29 oyuna 2 qol vurmuşdu.
Qeyd edək ki, artıq qəzaya uğrayan təyyarədən iki futbolçu sağ çıxıb. Qapıçı Danilo Padilha qəzadan xəsarətsiz yaxa qurtarıb. Xilas olunan müdafiəçi Alan Ruşel isə müxtəlif bədən xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib.