“Karyeramı “Real”da başa vurmaq istəyirəm” – Pepe

Portuqaliya millisinin üzvü Pepe Madridin "Real” klubundakı gələcək karyerasından danışıb.
Newsport.az-ın məlumatıəna görə, təcrübəli futbolçu İspaniya mətbuatına açıqlama verən təcrübəli müdafiəçi karyerasını "kral klubu”nda başa vurmaq istədiyini deyib:
"Gələcək taleyim "Real”ın əlindədi. Müqaviləmin son gününə qədər klubdan təklif gözləyəcəm. Karyeramı "Real”da başa vurmaq istəyirəm” 

Qeyd edək ki, 33 yaşlı müdafiəçi 2007-ci ildə 30 milyon avro qarşılığında "Portu”dan "Real”a transfer olunub. Pepe bu mövsüm komandanın heyətində 9 oyuna çıxıb və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right