Qəbələnin rəqibi 7 cavabsız qola sevindi

Futbol üzrə Belçika çempionatında 16-cı turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Anderlext" də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Muskron"la qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən qələbə ilə ayrılıb - 7:0.

Qeyd edək ki, "Anderlext" 16 turdan sonra 28 xalla 16 klub arasında 6-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right